Elektron poçt xidmətinin tətbiqi reallaşır
Yaxın vaxtlarda Azərbaycan poçtu elektron poçt xidmətinin tətbiqinə başlayır. Bu barədə bizə məlumat verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədov bu məqsədlə hazırlıq işlərinin aparıldığını bildirib.
”Poçt şöbələrinin kompyuterləşdirilməsi ilə yanaşı, elektron-imzanın tətbiqi bu layihənin həyata keçirilməsini labüd edir.Yəni bu gün ölkənin istənilən yerində yaşayan vətəndaş istənilən dövlət qurumuna müraciətini elektron formada edə bilər və poçt rabitəsi vasitəsi ilə bu xidmətdən yararlana bilər”- deyə N.Məmmədov bildirib.
Qeyd edək ki, artıq bir çox rayon poçt şöbələri ilkin variant kimi e-poçt xidmətinin tətbiqinə başlayıblar.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL