waplog

Statistik hesabatların formalaşdırılması üzrə avtomatlaşdırılmış vahid informasiya sistemi yaradılacaq


İşaxtaranların və vakansiyaların qeydiyyatı, statistik hesabatların formalaşdırılması üzrə avtomatlaşdırılmış vahid informasiya sisteminin yaradılması, beynəlxalq təcrübə əsasında əmək bazarının proqnozlaşdırılması üzrə metodologiyanın hazırlanması qarşıda duran vəzifələrdəndir.
 
 
 Həmçinin məşğulluqla bağlı qanunvericiliyin, habelə dövlət məşğulluq xidmətinin institusional strukturunun və idarəetmə sisteminin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması prioritet məsələlərdəndir. Avropa İttifaqı ilə qeyd olunan sahələrdə əməkdaşlıq müsbət nəticələr verə bilər.
 
 
Bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının (Aİ) Bakı ofisinin nümayəndələri ilə keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib. Ötən dövrdə Aİ ilə birgə icra olunan layihələrin ölkəmizin sosial müdafiə sistemində aparılan islahatlara mühüm dəstək olduğunu deyən M.Kərimli bu təcrübənin məşğulluq və əmək bazarının inkişafı sahəsində də davam etdirilməsinin önəmli ola biləcəyini vurğulayıb.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Avropa İttifaqının Bakı ofisinin əməliyyatlar şöbəsinin müdiri Yeron Vilyams Aİ-nin sözügedən prioritetlər üzrə texniki və institusional dəstəyi verməyə hazır olduğunu qeyd edib, bu məsələlərin həlli ilə bağlı Avropa İttifaqının mövcud imkanları barədə məlumat verib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL