waplog

“Raspberry Pi” mini-kompüteri sensor displeylə təchiz ediləcək


“Raspberry Pi” mini-kompüterinin satışları artmaqda davam edir. Bu arada Kembricin “Raspberry Pi Foundation” qeyri-kommersiya təşkilatı biznesini genişləndirməklə mini-kompüterə qoşulmaq üçün sensor displey və “Paspbarry Pi A+” adlı təkmilləşdirilmiş model buraxıb.  
 
Yeni qurğular Londonda keçirilən “TechCrunch Disput Europe” konfransı çərçivəsində nümayiş olunub. “Raspberry Pi”-ın mövcud versiyasından qurğu həvəskarları tərəfindən rəngarəng konstruksiyalı müxtəlif işlər üçün istifadə olunur. Bəziləri hətta kompüter əsasında planşetlər də yaradıb. Yeni sensorlu displeylə bu, daha da sadələşəcək. Belə ki, uyğunluq problemi aradan qalxacaq.
 
Yeni aksessuar “WVGA” təsvir ölçüsünə malik 7 düymlük sensor paneldir. Displeyin növbəti ilin əvvəlində satışa çıxarılacağı gözlənilir.
 
Təkmilləşdirilmiş “Paspbarry Pi A+” versiyası barədə məlumat azdır. Şirkət rəhbəri onun tezliklə satışa çıxarılacağını və əlavə təqdimatının olacağını bildirib.
 
Qeyd edək ki, qutu şəklində olan, en və uzunluq ölçüsünə görə vizit kartından böyük olmayan “Raspberry Pi” - birplatalı kompüter olmaqla 700 MQhz tezliyində işləyən “ARM1176JZF-S” prosessor, “Full HD” təsvir ölçüsünü dəstəkləyən “VideoCore IV” videosürətləndirici və 256 MB operativ yaddaşa malik “Broadcom BCM2835 “ çip üzərində sistem” (SoC) ilə yığılıb. Qurğu monitora qoşulmaq üçün videoçıxış və “HDMI”, eləcə də qulaqcıq və ya masaüstü audiosistemin bağlanması üçün 3,5 mm çıxışla təchiz edilib.
 
Kompüter uşaqlar üçün proqramlaşdırmanın tədrisi məqsədilə nəzərdə tutulsa da, digər sahələrdə populyarlıq qazanıb və onun əsasında media mərkəzləri hazırlanıb.
 
“Raspberry Pi” mini-kompüter modelinin satış həcmi artıq 3,8 milyon ədədi ötüb, - “Vesti” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL