waplog

Yardımlara aid hərtərəfli məlumatların onlayn məlumat bazasında yerləşdirilməsinə görə BMTİP dünyanın ən şəffaf inkişaf təşkilatı seçilib


Qlobal aparıcı reytinq cədvəlinə istinadən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) dünyanın ən şəffaf inkişaf təşkilatı seçilib.
 
Belə ki, “Yardım üzrə Şəffaflıq İndeksi 2014” (The 2014 Aid Transparency Index) BMTİP-nın məlumatların nəşri üzrə beynəlxalq standartlardan daha “nümunəvi nəticə” göstərdiyini qeyd edib və dünya üzrə qiymətləndirilən əsas 68 agentlik arasında təşkilatı birinci yerə layiq görüb. Sözügedən indeks yardımlara aid vaxtında, dəqiq və hərtəfərli məlumatın yayımı üzrə qlobal səviyyədə meyarları müəyyən edən Beynəlxalq Yardım üzrə Şəffaflıq Təşəbbüsü (International Aid Transparency Initiative) təşkilatının standartlarına əsaslanır.
 
Maliyyə vəsaitlərinin hərəkəti, büdcələr, nəticələr və layihələrin keçirildiyi yerlər, müddət və sənədlər yardımın necə sərf olunmasını izləməyə imkan verən onlayn məlumat bazasında dərc olunur. Bu, yalnız donor ölkələrin hesabatlılığını artırmağa deyil, həm də inkişaf edən ölkələrə nəticədə yardımın maksimal effektivliyini təmin etmək üçün  milli prioritet və büdcələrlə daha yaxşı uyğunlaşdırılmasına imkan verir.
 
 
280-dən çox ölkə, BMT agentlikləri, çoxtərəfli banklar və QHT-lər BYŞT standartından istifadə edir və 20-dən çox yardım alan ölkə bu təşəbbüsə artıq qatılıb. BYŞT standartına imza atan ilklərdən olaraq, 2011-ci ildən etibarən BMTİP öz nəşrlərini bu standartlara uyğun dərc edir. Həmin ildən başlayaraq BMTİP innovativ (www.open.undp.org) portalını istifadə edərək 177 ölkə və ərazidə toplam büdcəsi 5,8 milyard ABŞ dolları olan 10,000-dən çox layihələr üzrə məlumatların dərc olunmasında davamlı olaraq sözügedən beynəlxalq şəffaflıq standartına uyğun və hətta dəfələrlə həmin standartdan daha üstün nəticə nümayiş etdirib. BMTİP həmçinin öz daxili audit hesabatlarını da açıqlayır və keçən ildən etibarən yalnız illik deyil, habelə sub-milli coğrafi məlumatları istifadə edərək fəaliyyətinin ətraflı nəticə cədvəllərini təqdim edən aylıq büdcə hesabatlarını da dərc etməyə başlayıb.
 
 
BMTİP-nın rəhbəri Helen Klarkın sözlərinə görə, şəffaflıq təşkilatın missiyasının əsasıdır:
 
“Bizim açıq, şəffaf qaydada fəaliyyət göstərmək naminə səylərimizin tanınması bizi çox sevindirir. BMTİP hər bir insan üçün dayanıqlı gələcəyə aparan inkişafı sürətləndirmək və bizə həvalə olunan vəsaitlərin ən yaxşı istifadəsini təmin etmək üçün yenilikçi üsulları tətbiq etməyə tam hazırdır”.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL