ABŞ şirkəti Çində 25 yeni "Apple Store” mağazası açacaq
“Apple” şirkətinin baş direktoru Tim Kuk oktyabrın 23-də Çinə işgüzar səfərə gəlib. Şirkət rəhbəri səfər çərçivəsində yerli hökumətin nümayəndələri ilə görüşərək istifadəçi məlumatlarının təhlükəsizlik məsələlərini müzakirə edib, ABŞ istehsalçısının yaxın illər üçün Çinlə bağlı planlarını açıqlayıb.
T.Kuk bildirib ki, yaxın iki ildə “Apple” Çin ərazisində şirkət məhsullarının satışı üçün 25 yeni "Apple Store” pərakəndə satış mağazası açacaq. Yeni mağazaların ölkənin hansı şəhərlərində açılacağı barədə məlumat verilmir. Hazırda Çində 15 "Apple Store” fəaliyyət göstərir.
“Apple” T.Kukun timsalında dəfələrlə bəyan edib ki, Çin şirkət üçün ABŞ-dan sonra ən vacib bazarlardan biridir, - "IApplenews ” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL