İstifadəçilərin 33%-i daşınan qurğuları satın aldıqdan 6 ay sonra onlardan imtina edir
“GfK” şirkətinin məlumatına görə, daşınan qurğu sahiblərinin 33%-i onları satın aldıqdan 6 ay sonra bu tip cihazların istifadəsindən imtina edirlər. Fitnes qolbaqlar daha populyardır (39%), sözügedən bazarın 11%-i “ağıllı” saatın payına düşür.
Sorğu iştirakçıları bildiriblər ki, bu tip qurğuları satın aldıqda seçimə təsir etmiş ən vacib amil qiymət olub: əksər hallarda tanınmış firmalar tərəfindən istehsal edilmiş ucuz cihazlara üstünlük verilib.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, respondentlərin 69%-i deyib ki, onlar geyim və ya zərgərlik məhsullarına inteqrasiya edilmiş fitnes-trekerləri görmək istəyərdilər. Bu halda kişilər "elektron" qayış, köynək və ayaqqabılara, qadınlar isə üzük, qolbaq və boyunbağılara maraq göstərirlər.
Rəyi soruşulanlar bildirib ki, onlar televizor (38%), “ağıllı” ev (36%), musiqi mərkəzi (34%) və avtomobillərin (33%) bəzi funksiyalarını idarə etməyə imkan verən daşınan qurğuların buraxılmasını gözləyirlər.
Statistikaya əsasən, 2014-cü ilin yanvar-sentyabr aylarında yalnız Böyük Britaniyada 51 milyon funt-sterlinq məbləğində 420 min daşınan cihaz satılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL