waplog

2014-cü ilin sonunadək dünyada 920 milyon ödənişli televiziya abunəçisi olacaq


“ABI Research” analitik şirkətinin proqnozuna görə, 2014-cü ilin sonunadək dünyada 920 milyon ödənişli televiziya abunəçisi olacaq. Bir istifadəçi üçün orta gəlir göstəricisi (ARPU) müxtəlif ödənişli TV servisləri arasında rəqabətin kəskinləşməsi ilə əlaqədar azalır. Bununla belə, gəlirlərin azalma tempi “ARPU”-nun daha çox aşağı düşdüyü 2013-cü illə müqayisədə zəifləyib.
 
2014-cü ilin sonunadək ödənişli TV xidmətlərinin aktiv abunəçiləri 269 milyard dollar məbləğində gəlirləri generasiya edəcək. Bu il “ARPU” “HD” paketləri seçən abunəçilərin sayının artması səbəbindən əvvəlki illərə nisbətən az aşağı düşüb. Bundan başqa, son vaxtlar daha çox insan ödənişli TV-yə keçir ki, futbol üzrə dünya çempionatı və ya olimpiya oyunları kimi böyük idman hadisələrini izləyə bilsin.
 
Məsələn, cari ilin ikinci rübündə ABŞ-ın “ТВ DirecTV” peyk operatorunun servislərinə 543 min yeni abunəçi qoşulub. Bu, ötən ilin analoji dövründə yeni qoşulmaların sayı ilə müqayisədə xeyli çoxdur. Həmin dövrdə qoşulan istifadəçilərin sayı 165 min təşkil edib.
 
“ABI Research”in proqnozuna əsasən, 2019-cu ilədək ödənişli televiziyanın bazası 323 milyard dollarlıq gəliri generasiya edəcək 1,1 milyard tamaşaçıyadək artacaq. Həmçinin “IPTV” servislərinin populyarlığı artır.
 
Qeyd olunur ki, getdikcə daha çox onlayn video servisləri yaranır, peyk operatorları “VOD” xidmətlərindən (sifarişli video) istifadə edən abunəçi bazasını genişləndirir. Bundan əlavə, müxtəlif qurğularda, o cümlədən smartfon, planşet və böyükekranlı televizorlarda sevimli televiziya kanallarına, şou və sifarişli videoya baxmağa imkan verən paketlərin populyarlığı artır, - "IT Weekly” yazır.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL