waplog

Azərbaycan MDB ölkələrinin kosmik sahələrinin inkişafı üzrə birgə layihələrdə iştirak edə bilər


Azərbaycan bu günlərdə Moskvada keçirilən MDB ölkələrinin Kosmik sahədə əməkdaşlıq üzrə hökumət icra orqanlarının nümayəndələrinin ikigünlük iclasında təmsil olunub.

“ICTnews” xəbər xidmətinin “Roskosmos”un rəsmi saytına istinadən verdiyi məlumata əsasən, iclasın yekununda ölkələr protokol imzalayıblar.
 
Protokol çoxtərəfli əməkdaşlığın hüquqi-normativ bazasının yaradılması, GLONASS sisteminin siqnallarını istifadə edən yerüstü infrastrukturların tətbiqi, MDB ölkələrinin Kosmos və böyük qəzalar üzrə beynəlxalq xartiyalara birləşməsi, MDB ölkələrinin maraqları çərçivəsində fövqəladə hallarda dövlətlərarası kosmik monitorinq sisteminin və regionlararası peyk rabitəsi sisteminin yaradılması məsələləri ilə bağlı qərarları əhatə edib.
 
Bundan başqa, protokolda   “Birləşmiş kosmik tədqiqatlar institutu” beynəlxalq hökumətlərarası elmi tədqiqat təşkilatının yaradılması haqda sazişin layihəsinin hazırlanması, MDB ölkələrinin kənd təsərrüfatı torpaqlarının birləşmiş peyk monitorinqi sisteminin yaradılması və s. məsələlər nəzərdə tutulub.
 
 
Tədbirin sonunda növbəti iclasın 2015-ci ildə Minsk şəhərində keçiriləcəyi bildirilib.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL