Mobil telefonlar üçün aksessuar satışlarından 51 milyard ABŞ dolları qazanılacaq
“ABI Research” analitiklərinin proqnozuna görə, 2014-cü ilin sonunadək mobil telefonlar üçün aksessuar satışından 51,1 milyard ABŞ dolları məbləğində gəlir qazanılacaq.
Mütəxəssislər bildiriblər ki, qoruyucu futlyarlara tələbat daha çoxdur: generasiya edilən gəlir həcminə və tədarük göstəricisinə görə liderdir (müvafiq olaraq 13 milyard dollar və 557 milyon ədəd).
Bundan başqa, ekspertlər əlavə ediblər ki, enerjidoldurma qurğuları və yaddaş kartlarına da yüksək tələbat var.
"Əksər müasir smartfonlar böyük ekranla təchiz olunur və bu səbəbdən cibdə çexolsuz daşıma və ya düşmə halında zədələnməyə meyilli olduğundan istehlakçılar əlavə müdafiə təmin etməyə çalışırlar" – “ABI Research”in analitiki Tomas MakKurti deyib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssis, həmçinin “Bluetooth” simsiz rabitə texnologiyasını dəstəkləyən mobil aksessuarların populyarlığını vurğulayıb.
Ekspertin proqnozuna görə, yaxın beş ildə (2014-2019) bu kateqoriya çərçivəsində satışların həcmi təxminən 20% artacaq. Tomas MakKurti ən tələbatlı “Bluetooth” aksessuarları kimi qulaqlıq və yığcam kolonkaları qeyd edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL