waplog

Fundamental-tətbiqi və axtarış-innovasiya xarakterli sənaye layihələri maliyyələşdiriləcək


Prezident yanında Elmin İnkişafı Fondu (EIF) ölkədə sənayenin inkişafı sahəsində aparılan əhəmiyyətli elmi araşdırma və tədqiqatların dəstəklənməsinə yönəlmiş layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsi üçün “Sənaye qrantı”nı elan edib.

Yeni qrant “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi haqqında” prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, ölkə sənayesinin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi, iqtisadiyyatın sənayeləşməsinin sürətləndirilməsi, sənayenin inkişafı üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsinə yönəlmiş əhəmiyyətli elmi tədqiqat layihələrinin və tədbirlərinin qrantlar yolu ilə maliyyələşdirilməsi məqsədi ilə elan olunub.
 
Elmin İnkişafı Fondu tərəfindən müsabiqə üzrə maliyyələşdirmənin cəmi həcmi 500 000 manat nəzərdə tutulub.  
 
Müsabiqəyə fundamental-tətbiqi və axtarış-innovasiya xarakterli layihələr qəbul olunacaq. İqtisadiyyat və Sənaye Nazirliyi müsabiqənin keçirilməsinə, ekspertiza işinin həyata keçirilməsinə təşkilati dəstək göstərəcək. Fonddan bildirilib ki, müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi tədqiqat qurumlarından, QHT-lərdən, sənaye ilə əlaqəli qurumlardan alim və mütəxəssislər, fərdi şəkildə alimlər iştirak edə bilərlər.
 
Elmin İnkişafı Fondunun hazırda yerinə yetirilən digər layihələrində iştirak edən layihə rəhbərləri və icraçıları “Sənaye qrantı” müsabiqəsində iştirak edə bilməzlər. Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu oktyabrın 28-dən noyabrın 28-i saat 17:00-a qədər aparılacaq.
 
Müsabiqənin nəticələrinin dekabr ayında açıqlanması planlaşdırılır.
 
 Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarları keçiriləcək. Müsabiqə ilə bağlı ətraflı məlumat bu linkdən əldə edilə bilər.
 
 
 
Həqiqət İSABALAYEVA
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL