“Samsung” bir ay ərzində 4,5 milyon “Galaxy Note 4” satıb
“Samsung” şirkəti “Galaxy Note 4” qurğusunun satışlarına start veriləndən bir ay sonra 4.5 milyon qurğu satıb.
Müqayisə üçün, “Galaxy Note” istehsal xəttində birinci model satışlara start verildikdən yalnız beş ay sonra 5 milyon göstəriciyə nail olub. Şirkətin növbəti planşetofonu “Galaxy Note II” bu göstəriciyə iki ay, “Note III” isə bir ay ərzində nail olub.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, resurs yazıb ki, bu göstərici, əsasən Cənubi Koreya və Çindəki satışların hesabına əldə olunub, çünki “Galaxy Note 4” ilk öncə bu ölkələrdə buraxılıb.
“Galaxy Note 4” cari ilin sentyabrında Berlində keçirilmiş “IFA” sərgisində elan edilib. Ekranın ölçüsü 5,7 düym təşkil edir və “Quad HD” təsvir ölçüsünə malikdir. Cihazda stilusla idarəetmə nəzərdə tutulub, interfeys bir neçə tətbiqlə işləmək üçün daha da təkmilləşdirilib.
16 meqapiksellik əsas kamera optik sabitləşməyə malik obyektivlə təchiz olunub, ön kameranın təsvir ölçüsü 3,7 meqapikseldir. Fotoçəkiliş proqramı yeni funksiyalara malikdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL