İtaliyada ödənişsiz “Wi-Fi” girişlə turistləri cəlb etmək və iqtisadiyyatı yaxşılaşdırmaq istəyirlər
İlkin məlumatlara görə, İtaliyada hazırlanan qanun layihəsini parlamentdə artıq 100-dən çox insan dəstəkləyir.
"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, yeni qanuna əsasən, hökumət ictimai yerlərdə ödənişsiz giriş nöqtələrinin yaradılmasına 5 milyon avro ayıracaq.
Müəlliflərin fikrincə, bu addım ölkəyə səyahət edən turistlər üçün cəlbedici olmaqla yanaşı, həmçinin elektron hökumət sisteminin işini yaxşılaşdıracaq, ümumilikdə internetə çıxış keyfiyyətini yüksəldəcək və son nəticədə iqtisadiyyatda vəziyyətin yaxşılaşmasına səbəb olacaq.
Hazırda İtaliyada 30 Mbit/s-dən yüksək sürətə malik genişzolaqlı qoşulmaların göstəricisi 1%-dən aşağıdır, halbuki Avropada bu göstərici orta hesabla 6% təşkil edir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL