waplog

Azərbaycanda ilk dəfə qurulan təyyarə qanad ucluqlarının aerodinamik modeli tədqiq olunacaq


Eksperimental aerodinamikada 50 ildən çoxdur ki, təyyarə qanad ucluqlarının qanadın alın müqaviməti qüvvəsini azaltdığı  göstərilib və müasir təyyarələrdə bu konstruksiyalar tətbiq edilməyə başlanılıb.
 
Alın müqaviməti qüvvəsinin azaldılması ilə yanacağa 2-7  faiz qənaət edildiyi bilinir. Ancaq bu məsələnin nəzəri - istər analitik, istərsə də ədədi tədqiqi  bu vaxtadək aparılmayıb.
 
Sözügedən məsələ 29.10.2014-cü il saat 10:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunda keçirilən “Ümuminstitut seminarı”nda müzakirə olunacaq.
 
 İnstitutdan bildirilib ki, RMİ-nin “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, f-r.e.d., professor Musa İlyasov “Təyyarə qanad ucluqlarının aerodinamik modeli və onun tədqiqi” mövzusunda məruzə edəcək.
 
Məruzədə göstərilən effektin aerodinamik modeli ilk dəfə qurulur və analitik tədqiq edilir.
 
 
Həqiqət  İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL