waplog

Gənclər Siyasəti üzrə 1-ci Qlobal Foruma həsr edilmiş poçt markası buraxılıb


Oktyabrın 28-dən 30-dək Bakıda ilk dəfə 156 ölkədən 700-dən artıq iştirakçının qatılacağı Gənclər Siyasəti üzrə I Qlobal Forum keçiriləcək.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərmarka" şirkəti bu mühüm tədbirə həsr olunmuş poçt markasını çap etdirib. Nəfis dizaynda hazırlanmış markanın nominal dəyəri 60 qəpik təşkil edir.
 
Qeyd edək ki, forumda gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, 2015-ci il üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən bir çox mövzuların müzakirə olunması nəzərdə tutulur. 
 
Gənclər Siyasəti üzrə I Qlobal Forum Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin Gənclər üzrə elçisinin ofisi, "UNESCO" və Avropa Şurası tərəfindən keçirilir.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL