waplog

Böyük Britaniya havanın proqnozlaşdırılması üçün ən güclü superkompüteri quraşdıracaq


Böyük Britaniya havanın proqnozlaşdırılması üçün dünyanın ən nəhəng superkompüterini quraşdırmağa hazırlaşır. "New Scientist" nəşri yazır ki, nəhəng superkompüterin hesablama gücü yalnız meteorologiya üçün istifadə ediləcək.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Cray XC40" adlı kompüterin çəkisi təxminən 140 ton olacaq ki, bu da  təxminən 11 London avtobusu ağırlığındadır.
 
Layihənin qiyməti 97 milyon avro təşkil edir. Kompüterin məhsuldarlığı 16 petaflops olacaq.
 
"Cray XC40" superkompüterinin əsas rəqibi Almaniyanın Ştutqart Universitetində quraşdırılan "Hornet" hesablama maşınıdır, sonuncunun məhsuldarlığı Britaniya maşınından iki dəfə daha azdır.
 
Ekspertlər bildiriblər ki, müasir meteorologiya metodları dörd günün hava şəraitini dəqiqliklə  proqnozlaşdırmağa imkan verir.
 
 
Britaniya superkompüteri beş və ya altı günün hava şəraitini proqnozlaşdırmağa imkan verəcək. Superkompüter, havanın proqnozlaşdırılmasından başqa genişmiqyaslı tədqiqatlar da yerinə yetirəcək.
 
Emil Hüseynov

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL