waplog

“Motorola” “DROID Turbo” smartfonunu nümayiş etdirib


“Motorola” şirkəti qabaqcıl “DROID Turbo” smartfonunu nümayiş etdirib.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, yeni smartfon Quad HD (2560x1440 piksel) təsvir ölçülü 5,2 düym diaqonallı “AMOLED” ekran, dördnüvəli “Qualcomm Snapdragon 805” prosessoru ilə təchiz edilib. Qurğu “Android 4.4.4” platformasının idarəetməsi ilə işləyir.

“DROID Turbo” smartfonu 3 QB əməli yaddaş və 32-64 QB həcmində daxili yaddaşla təchiz edilib. Smartfonun əsas kamerasının təsvir ölçüsü 21 meqapikseldir və 4K təsvir ölçüsünədək video çəkilişini dəstəkləyir, ön kameranın təsvir ölçüsü 2 Mp təşkil edir.

Yeni qurğu 3900 milliamper/saat tutumuna malik akkumulyatorla təchiz olunub. İstehsalçı bəyan edib ki, nəticədə qurğu qarışıq rejimdə 48 saat avtonom işləyəcək. Bundan başqa, “DROID Turbo”nun 15 dəqiqə enerji toplaması 8 saatlıq iş üçün kifayət edəcək. Modifikasiyadan asılı olaraq, smartfonun arxa qapağı metallaşdırılmış şüşə lif və ya ballistika neylonundan hazırlana bilər.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL