Yeni “Oppo N3” smartfonu dönən kamera ilə təchiz edilib
Sinqapurda keçirilmiş xüsusi tədbirdə Çinin “Oppo” şirkəti yeni qabaqcıl modelini nümayiş etdirib. “Oppo N3” adlı qurğu qeyri-adi dönən kameraya malikdir.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, cihaz 2,3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” (MSM8974AA) prosessoru və “Adreno 330” qrafik sürətləndiricisi ilə təchiz edilib. Aparata “Color OS 2.0.1” əməliyyat sistemi quraşdırılıb. Bu sistem “Android 4.4 KitKat” mobil əməliyyat sisteminin dəyişilmiş versiyasıdır.
“Oppo N3” smartfonu 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük ekran və “Gorilla Glass 3” qoruyucu şüşəsi ilə təchiz edilib. Qabaqcıl smartfon, həmçinin 2 QB əməli və 32 QB daxili yaddaş, sürətli enerjidoldurma funksiyasına malik 3000 milliamper/saat tutumunda akkumulyator batareyası, “4G LTE”, “Wi-Fi 802.11 ac” (2.4 və 5 QHs), “Bluetooth 4.0” və GPS simsiz rabitə modulları ilə təchiz edilib.
Smartfona quraşdırılmış bir kamera 206 dərəcə fırlana bilir.
“Oppo N3” smartfonunun qiyməti 650 dollar təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL