“ULTRA” şirkəti rebrendinq həyata keçirir
Azərbaycanın İT bazarında aparıcı mövqeyə malik “ULTRA” şirkəti rebrendinq həyata keçirdiyini açıqlayıb. Rebrendinq haqqında qərar, son illər ərzində şirkətdə baş vermiş dəyişikliklərin, o cümlədən, şirkətin bazarda yeni özünü təqdimetmə strategiyası və tərəfdaşlarla sıx əməkdaşlıq etməklə böyük həcmli vəzifələrin icrasının əks etdirilməsi zərurəti ilə bağlı qəbul edilib.
Rebrendinq çərçivəsində şirkətin adı “Ultra Technologies” olaraq dəyişdirilib ki, bu da innovasiya cəmiyyətinə təkcə şirkət daxilində baş vermiş dəyişiklikləri deyil, həm də Azərbaycan Respublikasının İT bazarının inkişafı naminə şirkətin təqdim etdiyi proqramların nə dərəcədə texnoloji və effektiv olduğunu göstərəcəkdir.
Rebrendinqin əsas tərkib hissələrindən biri də şirkətin loqotipinin dəyişdirilməsidir. Dəyişiklik nəticəsində şirkət üslubunun ümumi konsepsiyası köklü şəkildə yenilənib. Yeni rənglərin tətbiqi, şriftin dəyişdirilməsi və üslub əmələ gətirən əlavə elementlərdən istifadə loqotipi daha parlaq və “ünsiyyətcil” edib. Loqotipin əsas rəngi olaraq yaşıl rəng seçilib, bu da marketinq sahəsində təkcə sakitlik deyil, həm də inkişaf və artımı simvolizə edir. Dünyanın “bp” və “Starbucks” kimi tanınmış şirkətləri öz loqotiplərində yaşıl rəngə yer ayırıblar. Dünyanın ən məşhur mobil əməliyyat sistemi olan “Google Android”in loqotipində də yaşıl rəng mühüm yer tutur.
“Rebrendinq, “Ultra Technologies” şirkəti tərəfindən həyata keçirilən strateji təşəbbüslərin nəticəsidir. Ad və loqotipin dəyişdirilməsi tərəfdaşlarımız və əsas sifarişçilərimizlə aramızda etibarın və effektiv qarşılıqlı fəaliyyətin daha da möhkəmlənməsinə köməklik göstərəcək. Biz rebrendinqi, gələcəyə etibarlı sərmayə qoyuluşu kimi qəbul edirik. Çünki son illər ərzində şirkətdə kifayət qədər dəyişikliklər baş verib. Hazırda “Ultra Technologies” şirkəti, özünü etibarlı tərəfdaş və qabaqcıl peşəkar kimi təsdiq etmək, Azərbaycanın İT bazarında mövqelərini möhkəmləndirmək və xidmət sahəsini genişləndirməkdə davam edir. Yeni üslub “Ultra Technologies” şirkətinin, yeni bazarların mənimsənilməsi üçün tələb olunan qabaqcıl texnologiya və qaynaqlara malik, sürətlə inkişaf edən uğurlu şirkət olduğunu bir daha vurğulamağa köməklik göstərəcək”, - şirkətin direktoru Zaur Məmmədzadə bildirib.
Qeyd edək ki, 2014-cü ilin sonunadək “Ultra Technologies” şirkəti yeni ad və loqotipin tətbiqi ilə bağlı dəyişikliklərin (məhsullar, xidmətlər və servis) böyük hissəsini həyata keçirməyi planlaşdırır.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL