“HP” “maus” və klaviaturasız masaüstü kompüter nümayiş etdirib
“Hewlett Packard” (HP) şirkətinin nümayiş etdirdiyi “Sprout PC” adlı masaüstü kompüterində "ağıllı" skan edən və proyeksiya sisteminə malik xalça ənənəvi klaviatura və “maus” rolunu oynayır.
“Sprout PC” kompüteri 23 düymlük sensor monitor, “Intel i7” prosessoru, 1 TB tutumunda sərt disk və 14,6 meqapiksellik ön kamera ilə təchiz olunub və “Windows 8.1” əməliyyat sistemi ilə işləyir.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, ancaq monitorun qarşısında ənənəvi “maus” və klaviatura əvəzinə xüsusi xalça var ki, monitorun üstünə bərkidilmiş xüsusi proyektorun köməyilə təsvir həmin xalçaya proyeksiya edilir.
Bu proyektor “Intel” korporasiyasının “RealSense 3D” çoxkameralı sistemi, “HP”-nin rəqəmli proyektoru və LED işıqlandırıcı ilə təchiz olunub. Bu halda xalça istifadəçinin istəyinə görə sensor panelə çevrilir. Sistem, hətta iki və üçölçülü obyektləri skan etməyə, sonra virtual məkanda onlarla manipulyasiya etməyə imkan verir.
“Sprout 9” kompüteri noyabrın 9-da satışa çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL