Amerika kinoteatrlarında “Google Glass” qadağan edilib
“The Hollywood Reporter” nəşri yazır ki, ABŞ Kino Sənayesi Assosiasiyası (Motion Picture Association of America) və Milli kinoteatr sahibləri assosiasiyası (National Association of Theatre Owners) kino seansları zamanı “Google Glass” və başqa "ağıllı” eynəklərin istifadəsinə qadağa qoyublar.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, nəşr yazıb ki, qurğular söndürülməli və yığışdırılmalıdır. Əgər kinoteatrın heyəti video çəkilişi üçün eynəkdən istifadədən şübhələnsə, bu haqda hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirmək hüququna malikdir.
Bundan əvvəl yalnız ayrıca kinoteatrlar belə məhdudiyyətlər tətbiq ediblər.
“Google Glass” smart eynəyi “Android” əməliyyat sistemi ilə işləyən qurğudur. "Ağıllı” eynəyin köməyi ilə fotoşəkil, video çəkmək və audio oxutmaq olar.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL