waplog

Macarıstan baş naziri internet trafiki üçün vergiyə dair qanun layihəsini geri götürüb


Macarıstan baş naziri Viktor Orban internet trafiki üçün verginin tətbiqini nəzərdə tutan qanun layihəsini geri götürüb.

“Vergi qanun layihəsinə yenidən baxılmalıdır. O, hazırkı şəkildə qəbul edilə bilməz”, - V.Orban “MR1” radiostansiyasının efirində deyib.

Qeyd edək ki, oktyabrın 26-da Budapeştdə Macarıstanın 10 mindən çox sakini internet trafiki üçün verginin tətbiqinə qarşı kütləvi etiraz aksiyalarında iştirak edib.

Etiraz aksiyaları ölkənin digər şəhərlərində də keçirilib. Ümumilikdə Macarıstanda etirazlarda 100 mindən çox insan iştirak edib.

Macarıstan hökuməti 1 qiqabayt trafik üçün 150 forintin (0,50 avro) məbləğində verginin tutulmasını təklif edib. Bununla yanaşı, fərdi şəxslər üçün vergi ayda 700 forintin ilə məhdudlaşdırılıb. İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, bu, ölkə büdcəsinə 65 milyon avroya yaxın vəsait gətirməli idi.

Hökumət verginin tətbiqini onunla izah edirdi ki, internetlə zənglər edilən zaman insanlar telefon hesabları üzrə ödənişi və bu sahədəki vergi axınını azaldırlar. Öz növbəsində qanun layihəsinin tənqidçiləri hesab edirlər ki, layihə müxalifətin internetdə fəallığının azaldılması məqsədi daşıyır.

Qeyd edək ki, Avropa ölkələrində internet trafiki üçün vergi nəzərdə tutulmayıb, - “TASS” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL