“Qırğız Telecom” Azərbaycan və Belarus istiqamətində beynəlxalq telefon danışıqları tariflərində dəyişiklik edib
"Qırğız Telecom" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan və Belarus istiqamətində "00" kodu üzərindən beynəlxalq telefon danışıqları tariflərində dəyişiklik edib.
"ICTnews" xəbər xidmətinin operatorun rəsmi saytına istinadən verdiyi məlumata əsasən, yeni tariflər noyabr ayının birindən qüvvəyə minir.
Belə ki, artıq Azərbaycanla 1 dəqiqə danışıq haqqı gündüz saatlarında 18 som (0.25428 manat), gecə saatlarında 16 som (0.22603), Belarus ilə isə 21 som (4,070.82 rubl) və 20 som (3,876.97 rubl) təşkil edəcək.
Qeyd edək ki, ümumi tariflərə nəzər salındıqda məlum olur ki, digər MDB ölkələrinə nisbətən Azərbaycanla və Belarusla danışıq haqqı ən yüksək tariflə alınır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL