Smartfon istifadəçilərinin 40%-i çağırış funksiyası olmadan da qurğudan istifadə edə bilər
“The Daily Mail” nəşri “Hailo” sorğusuna istinadən yazır ki, Britaniyada smartfon istifadəçilərinin 40%-i bildirib ki, onlar çağırış funksiyası olmadan da qurğudan istifadə edə bilərlər. Məlum olub ki, telefon zənglərinin edilməsi populyarlığını itirir.
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, smartfonun bu funksiyası mətn mesajlarının qəbulu və göndərilməsi, elektron poçtun oxunması, internetə baxış və zəngli saatdan istifadədən az bal toplayaraq altıncı yerdə qərarlaşıb.
Həmçinin məlum olub ki, insan gün ərzində mobil telefondan orta hesabla 1 saat 52 dəqiqə istifadə edir. Bu vaxtın çox hissəsi mətn mesajları, elektron poçt və veb səhifələrə baxışa, təxminən 20 dəqiqə təxminən üç zəngə sərf olunur.
Sorğuda təxminən 2000 insan iştirak edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL