waplog

2020-ci ildə Yer kürəsi əhalisinin hər biri internetə qoşulmuş 4 qurğuya malik olacaq


2014-cü ilin sonunda dünyada internetə qoşulmuş 12 milyard qurğudan istifadə olunacaq. Bu, Yer kürəsi əhalisinin hər birinə nisbətdə 1,7 qurğu deməkdir.

Bu barədə “Strategy Analytics” analitik şirkətinin hesabatında deyilir. Şirkətin proqnozuna görə, 2020-ci ildə bu göstərici 33 milyard qurğuyadək və ya planet əhalisinin hər biri üçün 4,3 internet qurğusunadək artacaq.
 
Analitiklərin fikrincə, daha çox artım “Əşyalar interneti”ndə - insan müdaxiləsi olmadan işləyən ötürücülər (М2М) seqmentində qeydə alınacaq. Yayılmasına görə ikinci və üçüncü yerdə smartfonlar və “ağıllı” ev qurğuları qərarlaşacaq. “Strategy Analytics” qeyd edib ki, internetə fərdi kompüter, smartfon və planşet kimi qoşulan ənənəvi qurğu növləri internet qurğularının ümumi həcminin üçdə bir hissəsini təşkil edəcək.
 
“Hələ 2007-ci ildə internet qurğularının üçdə iki hissəsi fərdi kompüterlərin payına düşürdü, hazırda isə bu göstərici 10 faizə bərabərdir”, - “Strategy Analytics”in baş analitiki Devid Merser qeyd edib. 
 
Ekspertlərin qənaətinə görə, 2020-ci ilədək olan dövrdə bazara 17,6 milyard yeni kateqoriyalı internet qurğusu çıxarılacaq. Artan “Əşyalar interneti” seqmenti “М2М”-in, intellektual obyektlərin, şəbəkə və şəhərlərin inkişafına əhəmiyyətli təsir göstərəcək.  
 
“Əşyalar interneti”nə artıq beş milyard qurğu qoşulub və biz bu inqilabın yalnız başlanğıcındayıq. “Ağıllı” şəhərlər və intellektual şəbəkələr “Əşyalar interneti” vasitəsilə yaxın illər və onilliklər ərzində hamının həyatına təsir göstərəcək iki üsuldur”, - şirkətin icraçı direktoru Endryu Braun vurğulayıb, - "Delo” yazır.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL