Dünya maliyyə texnologiyaları bazarının həcmi 4,2 milyard dollar olub
2014-cü ilin ilk doqquz ayında dünyada maliyyə texnologiyaları bazarının həcmi 4,2 milyard dollar təşkil edib. Bu barədə "Life.SREDA" vençur fondunun araşdırmasında deyilir.
Maliyyə texnologiyalarına investisiyalar ildə iki dəfə artır. 2012-ci il ərzində sərmayə qoyuluşları 1,6 milyard, 2013-cü ildə 2,2 milyard dollara bərabər olub. Fondun proqnozlarına görə, cari ildə bu göstərici 5 milyard dollara, 2018-ci ilədək 8 milyard dollara çatacaq.
Analitiklər yanvar üzrə "The Wall Street Journal" və "Dow Jones VentureSource" nəşrləri tərəfindən tərtib olunan qiymətləndirməsi 1 milyard dolları ötən 37 startap siyahısında "LendingClub", "Square" və "Stripe" kimi üç maliyyə texnoloji startapının yaranmasını qeyd edirlər. 2014-cü ilin yekunları üzrə onlara "KreditKarma" layihəsinin (kredit tarixçəsinin idarə edilməsi) əlavə olunacağı bildirilir. "CrunchBase" resursunun 2014-cü ilin avqustuna olan məlumatına görə, maliyyə texnoloji startapları digər şirkətlərlə müqayisədə daha çox investisiya cəlb ediblər. "Apple" (Apple Pay ilə), "Facebook", "Google" və "Amazon" kimi iri şirkətlər bu bazarda layihələrə malikdir.
2014-cü ilin ilk üç rübündə bazarın iri investisiya seqmenti onlayn kreditləşmə (1,46 milyard dollar məbləğində investisiyalar), mikromaliyyələşmə (568 milyon dollar), "P2P" kreditləşmə (484 milyon dollar) və s. olub.
"Life.SREDA" vençur fondu maliyyə mobil və internet startaplarına investisiya qoyuluşlarında ixtisaslaşıb. 2012-cü ilin oktyabrında kapitallaşma dəyəri 100 milyon dollar təşkil edən "Life.SREDA II" fondunun açılması elan edilib, - "Lenta" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL