waplog

2016-cı ildə Afrikada səsdən sürətli ilk pilotsuz təyyarə əlçatan olacaq


Əlcəzair və CAR-dan olan mütəxəssislər arasında elmi-texniki əməkdaşlıq çərçivəsində 2016-cı ildə Afrikanın səsdən sürətli ilk pilotsuz təyyarəsi istehsal ediləcək.

Bu haqda Beynəlxalq Pilotsuz Hava Gəmiləri Salonunun işində iştirak etmiş Əlcəzair Elmi Tədqiqatlar və Texnologiya İnkişafı üzrə qurumun baş direktoru Xafid Auraq bildirib.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, o, sözügedən layihə üzərində işə 2015-ci ilin yanvarında başlanılacağını bildirib. İlk aparat 18 ay sonra buraxılmalıdır.
 
Auraq əlavə edib ki, Əlcəzairdə innovasiyalı metodlardan istifadəyə əsaslanan pilotsuz təyyarələr üçün mühərriklərin yaradılması üzrə texnologiya meydançası açılacaq.
 
Emil Hüseynov
 

 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL