waplog

“iFon” ticarət markasının sahibi Hindistanda “iPhone” adından istifadəni qadağan etməyi tələb edib


2007-ci ildə ucuz “iFon” mobil telefonlarının buraxılışı üçün təsis edilmiş Hindistanın “iVoice Enterprises” şirkəti ölkə ərazisində “iPhone” adından istifadəni qadağan etməyi tələb edir. Şirkət Çin və Tayvanda qurğuların istehsalına başlamaq niyyətində olub, ancaq investorlar “Apple”ın  Hindistana gəlişindən sonra layihəyə sərmayə qoymaqdan imtina ediblər.

"Biz hər kəs üçün əlçatan mobil telefonu buraxmaq istəyirdik, buna görə “India Phone” (iFon) seçilib" – şirkətin direktoru deyib. O bildirib ki, ticarət markasının qeydiyyatı üçün sorğu hələ 2007-ci ildə (“Apple” aparatlarının elanından əvvəl) verilib.

"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, təxminən 2008-ci ildə ABŞ korporasiyası Hindistanın Ticarət Markaları Reyestri ünvanına “iFon” markasını silmək xahişi ilə bağlı ərizə təqdim edib, çünki “iFon” markasının səslənməsi “iPhone” ilə çox oxşardır. Bundan sonra investor və tərəfdaşlar “iVoice Enterprises” şirkətini  dəstəkləməkdən imtina ediblər və layihənin maliyyələşdirilməsini dayandırıblar.

2010-cu ildə Hindistan şirkəti “iPhone” ticarət markasının Reyestrdən çıxarılması  haqda qarşılıqlı iddia qaldırıb və 2013-cü ildə ticarət markalarının qeydiyyatı üçün ərizələrin verilməsi tarixinin təyini üçün rəsmi proseduru keçirməyi xahiş edib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL