İxtira, yeni texnologiyaların yaradılması və tətbiqi üzrə təbliğatın genişləndirilməsi məqsədilə II Respublika Müsabiqəsi elan edilib
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə II Respublika Müsabiqəsi elan edir.
Komitədən bildirilib ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2014-cü il tarixli Sərəncamı ilə elan edilmiş 2014-cü il Azərbaycan Respublikasında "Sənaye ili" çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tədbirlər planına daxil edilib.
Müsabiqə 2013-cü ildə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında "İlin Patenti" nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir.
Müsabiqəyə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsus olan və 2013-cü ildə Avrasiya Patent İdarəsində qeydiyyata alınan Avrasiya patentləri də təqdim oluna bilər. Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri və pul mükafatları təqdim olunacaq.
Müsabiqədə iştirak etmək istəyən fiziki və hüquqi şəxslər bir sıra sənədləri təqdim etməlidirlər.
Buraya təqdim olunan sənədlərin siyahısını özündə əks etdirən ərizə-təqdimat (Ərizə patent sahibi və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır); patentin əsli ilə birlikdə surəti; patentə məxsus ixtiranın bütün materialları (ixtiranın təsviri, düsturu, referatı, texnoloji sistemi, cizgiləri və s.); mümkün istifadə sahəsi göstərilməklə əhəmiyyəti, ixtiranın səmərəsi haqqında əsaslandırılmış məlumatlar; patent sahibi tərəfindən verilən səlahiyyəti təsdiqləyən Etibarnamə (zərurət olduqda); patentlə bağlı patent sahibi tərəfindən zəruri sayılan digər sənədlər daxildir.
Müsabiqədə iştirak etmək istəyən səxslər sənədləri 4 dekabr 2014-cü il tarixinə kimi həftənin I - V günləri saat 14:30-dan 17:30-dək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) İnformasiya təminatı şöbəsinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 53) təqdim edə bilərlər.
Daha ətraflı məlumat almaq üçün 412 594 37 70 (71) daxili 2-08; (050/ 055/070) 319 07 21 telefon nömrələri ilə (əlaqəli şəxs Alı İsmayılov) müraciət etmək olar.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL