waplog

Azərbaycanın səs irsi üzrə elektron baza yaradılır


M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının fondunda saxlanılan köhnə, cızılmış və istifadəyə yararsız səs vallarının CD disklərə köçürülməsi üzrə işlər aparılır.

Bu işin həyata keçirilməsi üçün kitabxanada “Azərbaycanın səs irsi” elektron bazası yaradılıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan klassik musiqisinin 500-dən çox əsəri artıq disklərə köçürülüb. Disklərin təqdimatı cari ilin sentyabr ayına planlaşdırılır. Bundan başqa, sözügedən layihə çərçivəsində “Azərbaycanın səs irsi” kataloqu da buraxılaraq Azərbaycan Milli Konservatoriyasına, musiqi məktəblərinə və musiqi mütəxəssislərinə istifadə üçün veriləcək.

Qeyd olunanlarla yanaşı, kitabxana arxivində “Azərbaycan ədəbiyyatı” bölməsində saxlanılan nadir kitabların elektron versiyası da yaradılıb. Elektron layihənin tezliklə geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL