“Apple Watch”ın satışlarına 2015-ci ilin yazında başlanılacaq
"9to5Mac" texnologiya bloqu yazıb ki, "Apple Watch" smart saatlarının satışları 2015-ci ilin yazından tez başlanmayacaq.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Apple" şirkəti öz birinci daşınan qurğusunu ("Apple Watch") sentyabrın əvvəlində nümayiş etdirib. Şirkətin direktoru o zaman demişdi ki, "ağıllı" saatlar 2015-ci ilin əvvəlində satışa çıxarılacaq, ancaq dəqiq tarixi açıqlamamışdı.
"Biz marafon qaçırıq və dayanmaq niyyətində deyilik. Biz bayram dövrü, sonra Çin Yeni ilinə hazırlaşırıq və yazda yeni saatlar satışa çıxarılacaq" – Arendts videomüraciətində deyib.
Əgər bu sözlərə əsaslansaq, o zaman "Apple Watch" fevralın 19-dan (Çin Yeni ili qeyd edilir) sonra bazara çıxarılacaq və martın 20-dən sonra onların çıxarılması ehtimal olunur, məhz bu vaxt ABŞ-da yazın əvvəli hesab olunur.
"Apple"ın "ağıllı" saatları üç əsas modifikasiyada əlçatan olacaq. Bundan başqa, saatlar iki ölçüdə (38 və 42 mm diaqonallı ekran) əlçatan olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL