“Apple”ın ilk kompüterlərindən biri satışa çıxarılıb
ABŞ-ın “Apple” şirkətinin birinci kompüterlərindən biri Nyu-Yorkda “Christie's” ticarət evində hərraca çıxarılıb.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Apple-1” brendinə məxsus qurğunun qiyməti 500-600 min dollar arasında təşkil edir. Məlumata görə, bu kompüteri müştəriyə şəxsən “Apple”ın həmtəsisçisi Stiv Cobs satıb. 1976-cı ildə Cobsun ailəsinə məxsus qarajda bu kompüterin satılmasını rəsmiləşdirən saziş bağlanıb, o zaman Cobsun 21 yaşı olub. Kompüteri Kaliforniya ştatının sakini satın alıb.
“Christie's” ticarət evində hərraca qoyulmuş kompüter 1976-cı ilin yayında “Apple”ın digər həmtəsisçisi Stiv Voznyak tərəfindən yığılmış “Apple-1” birinci partiyasının bir hissəsi olub. O, Cobsun qarajında 50 belə kompüter yığıb. Voznyak əvvəlcə bu kompüterləri şəxsi istifadə üçün hazırlayıb, amma sonra satmağa qərar verib.
“Apple-1” kompüterinə kifayət qədər böyük tələbat olub və hesablama texnikası sahəsində inqilab edib. Kompüterin yaradıcıları klaviaturanın köməyi ilə məlumatların daxili zamanı rahatlıq, həmçinin onların ekranda ani görünüşünü onun ən əsas üstünlüyü hesb ediblər. Kompüter mağazasının sahibi Pol Terrel birinci sifarişçi olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL