Öz şirkətinin hazırladığı hava gəmisində kosmonavt olmaq istəyir
“Virgin Galactic” şirkətinin daxil olduğu “Virgin Group” korporasiyasının yaradıcısı Riçard Brenson deyib ki, bu şirkət tərəfindən hazırlanmış hava gəmisində kosmosa uçan birinci insan olmaq niyyətindədir. Sahibkar ABŞ-ın “CNN” televiziya şirkətinə müsahibəsində belə bəyanatla çıxış edib.
"Mən bu uçuşu kifayət qədər təhlükəsiz hesab etməsəm, başqalarından “Virgin Galactic”in hava gəmisində uçmağı heç vaxt xahiş etmərəm" – o deyib.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Brenson bildirib ki, “SpaceShipTwo” hava gəmisinin qəzaya uğramasına baxmayaraq, investorlar layihəyə əvvəlki kimi dəstək göstərirlər.
Riçard Brenson “SpaceShipTwo” hava gəmisinin qəza səbəblərini diqqətlə araşdırmağa söz verib. Bu halda o əminliklə deyib ki, proqramın işinə davam ediləcək. “Virgin Galactic” şirkəti gələcəkdə suborbital turizm kosmik uçuşları təşkil etmək niyyətindədir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL