İTİDF Finlandiyanın Texnologiyalar və İnnovasiyaların Maliyyələşdirilməsi Agentliyi ilə əməkdaşlıq edəcək
2014-cü ilin 29 oktyabr - 1 noyabr tarixlərində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) nümayəndə heyəti Finlandiyanın Texnologiyalar və İnnovasiyaların Maliyyələşdirilməsi Agentliyinin (Tekes) dəvəti ilə Helsinki şəhərinə səfər edib.
Tekes Finlandiyada 80-ci illərdə innovasiyaların və texnologiyaların iqtisadi və sosial ehtiyacların qarşılanmasında şirkətlərin payını və təsirini artırmaq, həmçinin rəqabət gücünü yüksəltmək məqsədilə yaradılıb. Adı çəkilən qurum dövlətin adından yeni yaranan şirkətlərə qrantlar vasitəsilə birbaşa maliyyə yardımlarının edilməsi, güzəştli kreditlərin verilməsi, məsləhət xidmətlərinin göstərilməsi, xarici bazarlara çıxışa yardım etmək və bu kimi digər vasitələrlə dəstək verir. Sənaye və Məşğulluq Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tekes Finlandiyanın innovativ infrastrukturunun təməli hesab olunur. Finlandiya dövləti tərəfindən innovasiyaların, texnologiyaların, tədqiqat və araşdırmaların maliyyələşdirilməsinin böyük hissəsi Tekes vasitəsilə həyata keçirilir.
Tekes innovasiya və informasiya texnologiyaları sahəsində layihələrin maliyyələşdirilməsi və dəstəklənməsi üzrə böyük təcrübəyə malikdir. Qurum çoxlu sayda innovativ, texnoloji, tədqiqat və inkişafa yönələn layihələr, habelə startap layihələrinin həyata keçirilməsinə dəstək olub.
Tekesdə keçirilən görüşlərdə agentlik tərəfindən həyata keçirilən müxtəlif proqramların təqdimatları keçirilib.
Eyni zamanda, qarşı tərəfə Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı istiqamətində görülən işlər, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyət istiqamətləri və gördüyü işlər barədə ətraflı məlumat verilib.
Keçirilən görüşlərdə iki qurum arasında əməkdaşlığı inkişaf etdirmək istiqamətində fikir mübadiləsi aparılmış və növbəti il Tekes nümayəndə heyətinin Azərbaycan Respublikasına səfərinin təşkili müzakirə olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Avropanın ən böyük biznes parklarından biri olan "Spektri" biznes parkında olub, habelə orda fəaliyyət göstərən, proqram təminatı və həllər sahəsində ixtisaslaşmış "Ecolane" şirkətində görüş keçirilib. Adı çəkilən şirkətin fəaliyyətinin genişləndirilməsi Tekesdən aldığı qrant vasitəsilə reallaşıb.
Görüş zamanı bu təcrübənin öyrənilərək gələcəkdə fondun fəaliyyətində tətbiqi müzakirə olunub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL