Bakıda “Effektiv data mərkəzlərinin yaradılması üçün etibarlı müasir həllər” mövzusunda seminar keçiriləcək
Bakıda noyabrın 6-da "Softline" şirkəti "Cisco", "NetApp" və "Veeam" şirkətləri ilə birgə "Effektiv data mərkəzlərinin yaradılması üçün etibarlı müasir həllər" mövzusunda seminar keçiriləcək.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir İT mütəxəssislər və İT xidmətlərin rəhbərləri üçün nəzərdə tutulub.
Seminar, özündə "NetApp"ın vahid çevik arxitekturunu, "Cisco UCS"un server platformasını, "Cisco Nexus"un şəbəkə infrastrukturunu, "Veeam"ın rezerv sürət çıxarmasını və məlumat mühafizəsini birləşdirən, müasir unifikasiya edilmiş və yüksək dayanıqlı data mərkəz konsepsiyasına həsr olunub.
"FlexPod" həlləri İT sistemlərin effektivliyini və dayanıqlığını əhəmiyyətli dərəcədə yüksəldir. "FlexPod"un əsas üstünlükləri sürətli yayılma imkanı, sərmayələrin qorunması, horizontal və vertikal əhatədir.
Tədbir çərçivəsində "Cisco UCS" server platforması konsepsiyası. Biz və digərləri", "Cisco UCS Director" – özəl "bulud" infrastrukturunun idarəetməsi üzrə sadə vasitə", "Cisco UCS Invicta" ilə məlumatların emalı zamanı yeni sürət səviyyəsi", "NetApp"da məlumatların saxlanılmasının unikal imkanları", "Virtual mühitlərdə müasir məlumat mühafizəsi" mövzularında məruzələr təqdim ediləcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL