Amerikalı “Smart” TV izləməkdən ehtiyat edir
Nyu-York universitetinin hüquq fakültəsinin məzunu Maykl Prays bildirib ki, o, müasir "ağıllı” televizorlardan istifadə etməkdən ehtiyatlanır: qurğu ilə əlaqədar 46 səhifəlik istifadəçi təlimatını oxuduqdan sonra belə qərara gəlib.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, gənc deyib ki, toplanılmış informasiyanın həcmi xoşagəlməz dərəcədə heyrətləndirir, çünki TV qəbuledicilər öz istifadəçiləri haqda bütün məlumatları toplayır.
"Qəbuledicilər televizordan harada, nə vaxt və nə qədər istifadə etdiyinizi qeydə alır. Hansı xidmət və saytlardan istifadə etdiyiniz izlənilir və do-not-track funksiyasına məhəl qoyulmur" – Prays deyib. Onların satın aldığı televizor sifətin tanınması funksiyasına malik videokamera və daxili mikrofonla təchiz olunub.
Hüquqşünas vurğulayıb ki, həm bu, həm də digər funksiya cinayətkarlar tərəfindən insanların izlənməsi məqsədilə istifadə oluna bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL