Neftin çıxarılmasını təmin edən innovasiya texnologiyalarının yaradılması üzrə 6 qrant layihəsi yerinə yetirilib
Neftqazçıxarma sənayesində əmələ gələn həlli çətin olan problemlərin aradan qaldırılması və laylarda sıxışdırma zamanı qalıq zonalarından neftin çıxarılmasını təmin edən innovasiya texnologiyalarının yaradılması istiqamətində bir sıra mühüm işlər görülüb.
Bu istiqamətlərdə 6 qrant layihəsi yerinə yetirilib və 60-dan çox patent alınıb.
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin növbəti iclasında məlumat verilib. Akademiyadan bildirilib ki, AMEA-nın müxbir üzvü Geylani Pənahov “Neftçıxarmanın intensivləşdirilməsi üçün innovasiya texnologiyaları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə laylarda qalıq neftlərin çıxarılması ilə əlaqədar mövcud olan texnologiyalar haqqında ətraflı məlumat verilib, həmçinin tədqiq edilmiş və tətbiqə çatdırılmış innovasiya texnologiyaları müzakirə olunub.
Qeyd olunan texnologiyaların neft-qazçıxarma sənayesində geniş istifadə olunan materiallar əsasında, əlavə qurğular tətbiq edilmədən həyata keçirildiyi vurğulanıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL