waplog

Avropa İttifaqında banklara nəzarətedici orqan fəaliyyətə başlayıb


Noyabrın 4-də Avropa İttifaqında (Aİ) Avropa Mərkəzi Bankının (AMB) tərkibinə daxil olan banklara nəzarətedici idarə fəaliyyətə başlayıb. Qurum banklara nəzarət üzrə yeni proqram çərçivəsində yaradılmaqla AMB və proqram iştirakçısı olan ölkələrdə birgə fəaliyyəti nəzərdə tutur.
 
Fransız Daniel Nuinin başçılıq etdiyi təsisatın əsas vəzifəsi Avropada stabil bank sisteminin formalaşdırılması və onun fəaliyyətinə nəzarətdir. Bu barədə AMB-nin saytında deyilir.
 
Aİ-nin nəzarətedici orqanı avrozonanın bank aktivlərində payı 85 faiz təşkil edən 120-dən çox bankla birgə fəaliyyəti həyata keçirəcək.
 
Almaniya maliyyə naziri Volfqanq Şoyble Avropa nəzarətedici orqanının işə başlamasını vergiödəyiciləri üçün müsbət hal kimi dəyərləndirib. Onun sözlərinə görə, maliyyə və bank böhranı göstərdi ki, milli nəzarətedici orqanlar fəaliyyəti bir dövlətlə məhdudlaşmayan iri banklara nəzarət etmək iqtidarında deyil. Bununla əlaqədar olaraq V.Şoyble qeyd edib ki, onların fəaliyyətinə nəzarətin AMB-nin ixtiyarına verilməsi düzgün addımdır, - "IT Expert” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL