Noutbuk bazarının 80 faizinə cəmi altı şirkət nəzarət edir
Qlobal mobil kompüter bazarının çox hissəsinə altı aparıcı istehsalçı nəzarət edir. Bu şirkətlər növbəti ildə öz mövqelərini möhkəmləndirəcəklər.
“dailycomm.ru” saytı bildirir ki, “Digitimes Research” tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2014-cü ildə “Hewlett-Packard” (HP), “Lenovo”, “Dell”, “Apple”, “Acer” və “ASUSTeK Computer” noutbuk tədarükünün 80%-nə nəzarət edəcəklər, növbəti il bu göstərici 81,7%-dək artacaq. Amma bu sadalanan şirkətlərdən yalnız “Lenovo” və “ASUS” noutbukların tədarükündə yüksək artım tempi nümayiş etdirəcək.
Analitiklər bildirir ki, “Lenovo” bazarda lider mövqe tutmağa imkan verən öz aqressiv strategiyasını saxlayacaq.
Ekspertlərin proqnozuna görə, 2015-ci ildə “HP”, “Dell” və “Apple” brendlərinə məxsus noutbukların ümumi tədarükü bir az azalacaq. Bununla belə, “HP”, “Dell” və “Apple” qlobal portativ kompüter bazarının 40%-nə sahiblənə bilər.
“Digitimes Research”in analitikləri hesab edir ki, 2015-ci ilin nəticəsinə görə, qlobal noutbuk bazarının həcmi 168 milyon olacaq ki, bu da ötən illə müqayisədə 1,7% azdır. 2014-cü ildə 2,1% həcmində azalma gözlənilir. Analitiklərin proqnozuna görə, mənfi dinamika 2018-ci ilədək saxlanıla bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL