“HTC” şirkəti 64 bit “Desire 820s” smartfonunu təqdim edib
Tayvanın “HTC” şirkəti sentyabrda “IFA 2014” sərgisində səkkiznüvəli 64 bit “Qualcomm Snapdragon 615” çipi ilə təchiz edilmiş “Desire 820” smartfonunu nümayiş etdirib. İndi isə istehsalçı qurğunun yeni variantını – “HTC Desire 820s” smartfonunu təqdim edib: həmçinin səkkiznüvəli 64 bit prosessorla təchiz edilib, amma bu dəfə 1,7 QHs takt tezliyi ilə işləyən “MediaTek MT6752” prosessoruna üstünlük verilib.
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Desire 820s” smartfonu HD formatlı 5,5 düymlük ekran, 2 QB əməli və 16 QB daxili yaddaş, həmçinin 13 meqapiksellik əsas və 8 meqapiksellik əlavə kamera ilə təchiz olunub. Ehtimal ki, yeni aparat Asiya bazarı üçün nəzərdə tutulub və çətin ki, Avropada rəsmi satışa çıxarılacaq.
Smartfonun qiyməti açıqlanmayıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL