waplog

Restoranlarda elektron menyular tətbiq ediləcək


Yaxın vaxtlardan etibarən Azərbaycan restoranlarında elektron menyular tətbiq ediləcək. Müştərilər yemək sifariş vermək üçün indiyədək istifadə olunan kağız menyu kitabçaları əvəzinə planşetlərdən istifadə edəcəklər.

Bu yenilik “Smart Menyu” adlanan layihə çərçivəsində həyata keçiriləcək. Layihənin rəhbəri Təbriz Etayi “fins.az”-a bildirib ki, bu yenilikdə məqsəd restoranlarda xidmətin səviyyəsini yüksəltmək, xüsusilə də Azərbaycana səfər edən turistlərin restoran xidmətləri haqqında təsəvvürlərini dəyişməkdir. Elektron menyu həm restoran personalının, həm də müştərilərin  işini yüngülləşdirəcək.

Hazırda “SmartMenyu” layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İKT Fondu) tərəfindən ayrılmış qrant hesabına reallaşdırılır.

Müştəriləri aldatmaq mümkün olmayacaq

Layihə müəllifi bildirir ki, restorana daxil olan müştəri masanın üzərində olan planşet vasitəsilə sifariş verərkən, təklif olunan yeməklərin və içkilərin hazırlanması, miqdarı, qiyməti kimi məlumatları alacaq, istəsə, onların foto və videotəsvirlərinə baxa biləcək. Bununla da, müştərinin aldadılması və ya xoşagəlməz sürprizlə qarşılaşması ehtimalı aradan qalxacaq. Yeri gəlmişkən, bu imkan xüsusilə xarici turistlər üçün faydalı olacaq.

Restoranların işini asanlaşdıracaq

Layihə rəhbəri deyir ki, bu sistem restoran resurslarının daha effektiv idarə edilməsinə yardım edəcək. Əvvəla, restoran işçilərinin əsas işi sifarişin alınması yox, sifarişin icra edilməsi olacaq, yəni gözləmə müddəti azalacaq. Restoran bu sistemdən başqa formada da yararlanacaq. Belə ki, sistem restoranda olan müştərilərin sayı və sifarişlərin həcmi barədə dəqiq məlumat verəcək. Eyni zamanda, müştərilərin ən çox sifariş etdiyi qidalar və içkilər dəqiq məlum olacaq, onların verdiyi reytinq isə xidmətin keyfiyyətini öyrənməyə imkan verəcək. Nəticədə restoranlar işlərini daha da təkmilləşdirə biləcəklər.

Hələlik 4 restoranda tətbiq olunacaq

Hazırda 4 restoranda bu sistemin qurulması işləri aparılır. Sistem ilk dəfə dekabrın 18-dən işə düşəcək. Yanvarın 1-dən isə yüksək tələblərə cavab verən 4 restoranda yeni sistem işləyəcək. Tələbatdan asılı olaraq belə restoranların sayı artacaq. “SmartMenyu” sisteminin qurulması restorana təqribən 500 manata başa gələcək. Müqavilə qiymətinin 20%-i həcmində texniki xidmət haqqı ödənilə bilər. Lakin restoran bu xidmət haqqını ödəməyə də bilər, texniki xidməti öz mütəxəssisləri göstərə bilər.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL