waplog

“Jawbone” böyük sayda datçiklə təchiz edilmiş qolbaq nümayiş etdirib


“Jawbone” şirkətinin nümayiş etdirdiyi “UP3” qolbağı yığcam ölçüsünə baxmayaraq, böyük sayda daxili sensora malikdir.

“UP3” qurğusu üçoxlu akselerometr, bioimpedans datçik, bədən və ətraf mühitin temperaturunu ölçən datçiklərlə təchiz edilib. Belə elektronika dəsti sahibin nəbzini izləməyə, yuxu mərhələləri haqda ətraflı informasiya verməyə və məşqlərin tipini fərqləndirməyə imkan verir.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, cihaz bir çox qolbaqlar kimi fiziki aktivlik tipini yalnız qaçış və hərəkət zamanı deyil, həm də tennislə məşğuliyyət zamanı müəyyənləşdirir. “UP” proqramına istifadəçinin məşğuliyyəti, yemək norması və yuxu haqda məlumatlara əsaslanan məşqlər üzrə şəxsi tövsiyələr verən "Ağıllı məşqçi" funksiyası daxildir. Qurğunun funksionallığını genişləndirmək üçün proqram təminatını yeniləmək mümkündür.

Daxili nəbzölçən sakit vəziyyətdə, hərəkət zamanı müntəzəm fiziki aktivliyi izləyir. Bu göstəricilərin nəticəsinə görə, istifadəçi gün ərzində nəbzin dəyişməsindən xəbərdar ola bilər.

“UP3” qolbaq metal korpusa malikdir, “iOS” və “Android” platforması ilə işləyən qurğulara simsiz qoşulmanı dəstəkləyir.

 Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL