“LG” şirkəti “G2 Lite” və “L Prime” smartfonlarını nümayiş etdirib (FOTO)
Dünyanın aparıcı mobil telefon istehsalçılarından biri “LG Electronics” şirkəti ilkin səviyyəli iki yeni smartfonunu (“G2 Lite” və “L Prime” modelləri) nümayiş etdirib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, qurğulardan birincisi 800 x 480 piksel təsvir ölçülü 4,5 düymlük IPS ekran, 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli və 4 QB daxili yaddaşla (çıxarılıb taxılan microSD kartlarının köməyilə artırmaq olar) təchiz edilib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, əsas kamera 8 meqapiksellik matris, ön kamera isə VGA-ötürücüyə əsaslanır. Akkumulyator batareyasının tutumu 1820 milliamper/saat təşkil edir.
“LG L Prime” 854x480 piksel təsvir ölçülü 5 düym diaqonallı IPS ekran, 1.3 QHs takt tezlikli dördnüvəli çip və 1 QB əməli yaddaşla təchiz edilib.
Bu smartfonda 8 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kamera, 2460 milliamper/saat tutumunda akkumulyator, “3G”, “Wi-Fi” və FM modulları quraşdırılıb.
Hər iki yeni smartfon “Android 4.4 KitKat” əməliyyat sistemi ilə işləyir. “LG L Prime” smartfonunun qiyməti təxminən 265 dollar, “LG G2 Lite”də isə 245 dollardır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL