waplog

“eManat” terminallarında artıq dövlət operatorlarının xidmət ödənişləri qəbul olunur


“Modenis” şirkətinin “eManat” ödəniş sisteminin göstərdiyi xidmətlərin çeşidi genişləndirilir.



“ICTnews” xəbər xidmətinin məlumatına görə, artıq “Aztelekom” və “BTRİB” dövlət operatorlarının xidmət haqları da “e-Manat” terminallarında qəbul olunur.  
 
Hazırda  “eManat” terminalları Bakının və bölgələrin ən müxtəlif  ictimai məkanlarında quraşdırılıb. Ödəmə terminalları vasitəsilə kommunal xidmətlər, mobil rabitə, internet, bank kreditlərinin geri ödənişi və s. ödənişləri həyata keçirmək mümkündür. “eManat”  vasitəsilə ödəmə xidmətləri pulsuzdur. Bu terminallar həftənin bütün günləri, sutkada 24 saat ərzində işləyir.


Bu ilin sonuna qədər şirkət şəbəkəsində nəqliyyat kartlarının qəbulunu da təşkil etmək niyyətindədir. Hazırda “eManat” terminallarında “Unibank”ın, “Bank of Baku”nun, “VTB Bank”ın, “Bank Respublika”nın, bütün mobil operatorların, stasionar rabitə, həmçinin kommunal xidmətlər operatorlarının və bir sıra internet provayderlərin xidmət ödənişləri qəbul edilir.
 

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL