“Bakı Elm Festivalı – 2014” ilə əlaqədar Yüksək Texnologiyalar Parkına press-tur təşkil olunacaq
Noyabrın 7-də saat 11:00-da “Bakı Elm Festivalı – 2014” ilə əlaqədar media nümayəndələri üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkına (Ünvan: Bakı şəhəri, Nizami küç., 203 b, AF Business House) ekskursiya təşkil olunacaq.
Məqsəd press-tur çərçivəsində ictimaiyyətə festival haqqında məlumat vermək və jurnalistləri festivalın proqramında əksini tapan məsələlərlə tanış etməkdir.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçiriləcək festival AMEA-nın təşəbbüsü, Bakı şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi ilə 10-11 noyabr tarixlərində baş tutacaq.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL