waplog

Dünyanın ən bahalı brendi hansıdır?


ABŞ-ın "Forbes" jurnalı planetin ən bahalı brendlərinin reytinqini elan edib. "Apple" korporasiyası birinci yerdə qərarlaşıb.
 
"Apple" brendi 124,2 milyard dollar məbləğində qiymətləndirilib ki, bu da ötən illə müqayisədə 19% çoxdur. Ekspertlər 2014-cü ildə şirkət tərəfindən buraxılmış məhsulların sayını nəzərə alıblar.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Forbes" jurnalı tərəfindən tərtib edilmiş siyahıda ikinci yerdə brendi 63 milyard dollar məbləğində qiymətləndirilən "Microsoft" şirkəti yer alıb. 56,6 milyard dollar göstəriciyə malik "Google" brendi üçüncü olub. "Coca-cola" (56,1 milyard dollar) dördüncü, "IBM" (47,9 milyard dolalar) isə beşincidir.
 
Ən bahalı brendlerin onluğuna, həmçinin "McDonald's" (39,9 milyard dollar), "General Electric" (37,1 milyard dollar), "Samsung" (35 milyard dollar), "Toyota" (31,5 milyard dollar) və "Louis Vuitton" (29,9 milyard dollar) daxildir.
 
Mütəxəssislərin qiymətləndirməsinə görə, "Facebook" brendi 74% bahalaşaraq 23,7 milyard dollar olub. Nəticədə dünyanın ən böyük sosial şəbəkəsi reytinqdə 18-ci pillədə qərarlaşıb.
 
Ən bahalı brendlərin siyahısını tərtib edən "Forbes" analitikləri şirkətin gəliri və son üç il ərzində səhmlərinin dəyərini götürürdülər, həmçinin brendin dünya bazarındakı rolunu əsas götürüblər. Reytinqə 100 brend daxil olub.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL