waplog

Yerli bank tezliklə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri hesabına ilk krediti verəcək


Hazırda “DəmirBank” İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (İTİDF) tərəfindən ona ayrılmış 1 milyon manat məbləğində limitin istifadəsi üzrə layihə seçimi prosesini yekunlaşdırmaq üzrədir.
 
Bankdan verilən məlumata görə, bu ay fondun vəsaitləri hesabına ilk kreditin verilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, fond tərəfindən layihələrin maliyyələşdirilməsi mexanizmi müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə həyata keçirilir.“DəmirBank” fondun müvəkkil kredit təşkilatları sırasına ilk daxil olan kredit təşkilatlarından olub və bu məqsədlə fondla müvafiq əməkdaşlıq müqaviləsi imzalanıb.
 
Xatırladaq ki, fondun vəsaitləri Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafının prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə, eləcə də İKT sahəsində fəaliyyət göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payına, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşuna yönəldilir.
 
CAHANGİR
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL