waplog

“Cisco”: “2018-ci ilədək məlumat emalı mərkəzlərində trafikin üçdə dörd hissəsi “bulud” sistemlərinin payına düşəcək”


“Cisco” şirkətinin proqnozuna görə, yaxın dörd il ərzində məlumat emalı mərkəzlərində trafikin həcmi “bulud” sistemlərinin inkişafı sayəsində ildə təxminən 3 dəfə - 3,1 zettabaytdan 8,6 zettabaytadək artacaq. Şirkətin hesablamaları məlumat emalı mərkəzləri üçün server tədarükü həcminə, serverlərin yüklənməsinə və bütün iş binaları üçün məlumatların orta ötürülmə tutumuna əsaslanır.
 
2018-ci ildə trafikin ümumi həcminin 76 faizi “bulud” sistemlərinin payına düşəcək, halbuki ötən il bu göstərici 54 faizə bərabər olub. “Cisco” tərəfindən dərc edilən “Global Cloud Index” hesabatında həmçinin qeyd olunur ki, 2018-ci ilədək Yer kürəsi əhalisinin yarısı evdən internetə qoşulmaq imkanı əldə edəcək, eləcə də onların 53 faizi “bulud” məlumat saxlancı servislərindən istifadə edə biləcək.
 
“Forrester Research” şirkətinin analitikləri bu ilin yazında ümumi “bulud” servisləri bazarının kəskin artımı ilə bağlı proqnoz veriblər. Onların fikrincə, 2020-ci ilədək bu bazarın həcmi 191 milyard dollaradək artacaq. “Synergy Research Group” şirkətinin qiymətləndirməsinə görə, ümumi “bulud” sistemləri bazarının illik artımı 50 faizdir, lakin hibrid və özəl “bulud” sistemləri bazarı ondan bir qədər geri qalmaqla ildə 40-45 faizlik artım nümayiş etdirir, - "Computerworld” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL