Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri, akademik Ə.M.Abbasovun “Optimallaşma, idarəetmə və sənaye tətbiqləri” elmi konfransında məruzəsi
Hörmətli alimlər,
Xanımlar və cənablar!
Bu gün son illər sürətlə məşhurlaşan bir elm və təhsil ocağında, Türkiyənin Bilkənt universitetində dünya şöhrətli alimlər, iş adamları, mütəxəssislər və hökumət rəsmilərinin də iştirakı ilə çox vacib bir tədbir - “Optimallaşma, idarəetmə və sənaye tətbiqləri”-COIA-20111 elmi konfransının açılış mərasimi keçirilir. Bu konfransın təşkilatçılarından biri də Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. İcazə verin Azərbaycan tərəfinin, hökumətimizin, alim və mütəxəssislərimizin salamlarını və təbriklərini Sizə çatdırım.
Bildiyimiz kimi bu konfransın doğulduğu yer Bakıdır və konfransın ilk ikisi Azərbaycanda, Bakıda baş tutmuşdur və biz Sizinlə birlikdə belə bir konfransın keçirməsini artıq ənənə halına gətirmişik və artıq dünya elmi ictimaiyyətinin diqqətini də bu konfransa cəlb etmişik. COIA-2005 və COIA 2008 Bakıda keçirilmiş və onların işində optimallaşdırma və idarəetmə sahəsinin tanınmış alimləri Rokafeller, Tamer Basar, Floudas, Chernouska, Larin, Konstantinov, Əliyev və b. iştirak etmişdir. Mən onların hamısına öz minnətdarlığımı bildirirəm və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sponsorluğu ilə çap olunan “Applied and Computational Mathematics” jurnalı çox qısa müddətdə Thomson Reuters Agentliyinin genişləndirilmiş siyahısına daxil oldu və 2010-cu il üçün 0.857 impakt faktoru qazandı. Bu işlərdə xüsusi xidmətləri olan alim və təşkilatçılar var ki, mən onlara öz minnətdarlığımı bildirirəm.
Konfransa xüsusi əhəmiyyət gətirən onun çox təşkilatçılığıdır (multistake)-dir. Konfransın ərsiyə gəlməsində həm hökumət, həm akademiya, həm də biznes iştirak edir və təsadüfi deyil ki, konfrans elmi nəzəriyyələri və onların praktikada tətbiqlərini birləşdirir. Linkolnun sözü ilə desək bizim “to add the fuel of interest to the fire of genius” imkanımız olacaq. Bu gün qərarların qəbul edilməsində, iqtisadi məsələlərin həllində çoxsaylı elmi tədqiqatların aparılmasında mürəkkəb texniki sistemlərin layihələndirilməsində və s. sahələrdə optimallaşdırma və optimal idarəetmə problemləri ön plana çəkilir. Qeyd etməliyik ki, idarəetmə və optimallaşdırmanın nəzəri və praktiki inkişafı çox sürətlə gedir.
Bu zala toplaşanlar və müəyyən səbəblərdən bu konfransda iştirak etməyən, lakin bu məsələlərlə məşğul olan alim və mühəndislər bu inkişafı həyata keçirən insanlardır və əldə olunan nəticələr üçün Sizə çox minnətdarıq.
Lakin bildiyimiz kimi optimallaşdırılan və idarə olunan məsələlər də sürətlə mürəkkəbləşir. Hələ lənətlənmiş “ölçü” öz həllindən kifayət qədər uzaq olduğu bir zaman praktiki məsələlərin ölçüləri sürətlə böyüməkdədir. Ölçülərin böyüməsi ilə bərabər, mühitlərin qeyri-müəyyənliyi dərinləşir və bir çox məsələlərdə həllərə qoyulan dəqiqlik yüksəlməkdədir. Belə bir vəziyyətdə razılaşmaq olar ki, elmi tədqiqatların nəticələrinin tətbiq səmərəliliyi ilə həll olunan praktiki məsələlərin mürəkkəbləşməsi arasında uçurum dərinləşir. Bəlkə elə bunun nəticəsidir ki, son zamanlar qeyri klassik yanaşmalara meyllər artmaqdadır, məsələn qeyri səlist məntiqə, genetik alqoritmlər, psixoloji və davranış (behavioural ) modelləşdirmə, süni intellekt metodları və s. Burada öz tədqiqat marağıma aid olan bir nümunə gətirsəm nə demək istədiyim çox aydın olar. Bu gün rəqəmsal dünya sürətlə böyüyür, illik artım təxminən 60%-dan çox təşkil edir. Rəqəmləşdirilən informasiya isə yaranan ümumi informasiya toplusunun çox zərrə qədər bir hissəsidir, elə məsələn təkcə Large Hadron Collider Cenevrədə hər saniyədə 40 terabayt informasiya generasiya edir. Elə zarafatla da qeyd etmək olar ki, bu gün hər inək belə ildə 200 meqabayt informasiya generasiya edir. Yəni demək istəyirəm ki, indiki inkişaf tempində biz özümüz də hiss etmədən bəlkə də gələcək nəsillər üçün çox vacib olan məlumat, fakt və bilikləri itiririk. İndi məsələ ondadır k, gəlin baxaq hətta biz rəqəmləşdirdiyimiz informasiyanı idarə edə bilirikmi? Rəqəmli informasiyanın idarə olunması dedikdə biz informasiyanın toplanması, saxlanılması, strukturlaşması, emalı, ötürülməsi, axtarılması, lazımi bilikərin əldə olunması və s. kimi əməliyyatları başa düşürük. İndiki informasiya artımı (boom) şəraitində informasiyanın idarəolunmasının səmərəliliyi çox aşağıdır. Bunun isə təkcə optimal qərarların qəbul edilməsində nə qədər vacib olduğu hamıya məlumdur. Düzdür çox pessimizmə qapılmaq lazım deyil. Çünki, Sizin kimi optimallaşdırma və idarəetmə tədqiqatçılarına həmişə çox yardımçı olan bir sahə də var ki, bu da hesablama texnikası və kompüterlərdir. Son zamanlar nanotexnologiyaların və qeyri-ənənəvi hesablamanın inkişafı hesablama texnikasında inqilab yarada bilən nanoelektronika, molekulyar və kvantkomputerlərin, “yümşaq” hesablama və beləliklə, yeni hesablama mühitinin yaradılması idarəetmə və optimallaşdırma məsələlərini həllinə təkan verə bilər.
Düzdür, bu gün fənnlərararası elmi istiqamətlər çox maraq mərkəzindədir və idarəetmə və optimallaşdırma bu sahədə çox mehriban qonşudur, yəni həm digər sahələri bəhrələndirir və digər elmi istiqamətlərdən də bəhrələnə bilir. Lakin mənim fikrimcə müasir zamanda elmi tədqiqatlara ən böyük kömək hökumət tərəfindən verilməlidir. İndi əksər cəmiyyətlərin qəbul etdiyi bir inkişaf prinsipi var. Bu universitet, hökumət və biznesin vahid birləşməsidir. Mən hökumətin rolunu ona görə xüsusi vurğulayıram ki, bir çox ölkələr var ki, orada dövlət idarəçiliyi bazar iqtisadiyyatına tam uyğunlaşdırılmayıb və ölkənin iqtisadi potensialı inkişaf etmiş ölkələr səviyyəsində deyil. Bu halda elmi tədqiqatlar və təhsil dövlətin xüsusi diqqətində olmalıdır. Ölkə nə qədər yoxsuldursa, bir o qədər də təhsil və elmə çox vəsait xərcləməlidir ki, bu yoxsulluqdan qurtarsın.
Digər bir vacib amil də var ki, o da elmin sərhədsizliyidir. Mən inanıram ki, biz Sizinlə hamımız və sizin təmsil etdiyiniz ölkələrin hökumətləri bu prinsipi qəbul edir və ona görə də biz bir yerdəyik. Azərbaycan sivil və beynəlxalq normalara hörmət edən və beynəlxalq əməkdaşlığı və dostluğu dəstəkləyən dövlətdir. Baxmayaraq ki, Azərbaycan neft ölkəsi sayılır, lakin elmin, təhsilin və texnologiyaların inkişafını prioritet sahə elan etmiş və bu siyasətə sadiq olan ölkədir. Elə buna görə də bu konfransa rəsmi dəstək verən ölkələrdən biridir. Burada çox ədalətli olardı ki, biz Türkiyə hökumətinə və Türkiyə elm və təhsil cəmiyyətinə, Bilkənt universitetinin kollektivi və şəxsən Rektor Prof. Abdullah Atalara, konfransın təşkilatçılarına belə bir yüksək səviyyəli elmi tədbirin keçirilməsi üçün öz minnətdarlığımızı bildirək. Hesab edirəm ki, konfransın yüksək səviyyədə təşkil olunması Bilkənt universitetinin yaradıcısı və böyük şəxsiyyət İhsan Doğramacının xatirəsinə dərin hörmət əlamətidir.
Və ən nəhayət konfransa xüsusi dəyər gətirən, bura toplaşan alimlərə öz minnətdarlığımı bildirir və konfransın işinə uğurlar arzulayıram.
Diqqətinizə görə sağ olun.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL