waplog

İlin sonunadək dünyada “LTE” abunəçilərinin sayı 380 milyona yaxınlaşacaq


Dünya “LTE” rabitəsi bazarının həcmi durmadan artır. Bunu bir daha "Digitimes Research” şirkətinin analitikləri sübut edərək dünya miqyasında dördüncü nəsil şəbəkəsindən istifadə üzrə proqnoz təqdim ediblər.
 
Ekspertlərin qiymətləndirməsinə görə, 2014-cü ilin dördüncü rübündə dünyada “LTE” abunəçilərinin (FDD-LTE, TD-LTE və FDD/TD-LTE texnologiyaları nəzərə alınmaqla) sayı 379,3 milyona çatacaq ki, bu da əvvəlki rübdən 14,9 faiz çoxdur və bir il əvvəlki göstəricini 89,6 faiz ötür.
 
Cari ilin sonunadək daha çox “LTE” istifadəçisi Şimali Amerika (40,4 faiz) və Asiya-Sakit okean regionunda (40,1 faiz) yaşayacaq. Avropanın payı 15,5 faizə bərabər olacaq. 2015-ci ilin birinci rübündə Asiya-Sakit okean regionu Çinin "China Mobile” mobil operatorunun "TD-LTE” abunəçi bazasının artması sayəsində “LTE” servislərinə abunəçi sayına görə lider olacaq.
 
Mütəxəssislərin proqnozlarına görə, dekabrın sonunadək 306 “FDD-LTE”, 45 "TD-LTE” və 16 “FDD/TD-LTE” şəbəkəsi kommersiya istifadəsində olacaq.
 
Digər “ABI Research” analitik şirkətinin proqnozuna əsasən, cari ilin sonunadək 411 milyon nəfər “LTE” şəbəkəsindən istifadə edəcək, həmçinin "LTE-Advanced” servisinin abunəçi sayı 22 milyon təşkil edəcək. “LTE” şəbəkənin planet əhalisinin üçdə bir hissəsini əhatə edəcəyi gözlənilir, - "3DNews” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL