Nazir Əli Abbasov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşüb
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Əli Abbasov son zamanlar tərəflər arasında bütün istiqamətlərdə, o cümlədən rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində keçirilən mütəmadi görüşlər, aparılan danışıqların öz məhsuldarlığı ilə münasibətlərin inkişafına yeni təkan verdiyini, əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərdiyini qeyd edib.
Azərbaycan-İran münasibətlərinin inkişaf dinamikasından məmnun qaldığını ifadə edən İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkələr arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri kimi, əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensial, qarşılıqlı marağın olduğunu nəzərə çatdıraraq, gələcək perspektivlərdən danışıb. İndiyə qədər aparılan müzakirələrdə Azərbaycan tərəfinin irəli sürdüyü təklifləri məqbul sayan iranlı nazir bütün istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını vurğulayaraq, xüsusən kibertəhlükəsizlik, informasiya-kommunikasiya texnologiyaları, poçt sektoru, ikinci telekommunikasiya peykinin xidmətlərindən istifadə sahələrində əlaqələrin genişləndirilməsini zəruri hesab edib. “Bakutel”də İran şirkətlərinin Milli Pavilyonla iştirakına yaradılan şərait üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürünü də ifadə edən Mahmud Vaezi sayca 20-ci telekommunikasiya sərgisində təşkil olunacaq “Nazirlər Toplantısı” çərçivəsində bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün danışıqların davam etdirilməsinə maraq göstərdiklərini bildirib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL